BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: “Sevinc Osmanqızının düşüncələri hələ də hostel tipli “paz” avtobusunda qalıb”

“Video ilə tanış oldum (Sevinc Osmanqızının çıxışını nəzərdə tutur-red). Heç də təəccüblənmədim. Gəncliyini ANS TV-nin həyətində yerləşən qocalmış və avtomobil kimi istifadəyə yararsız hostel tipli “Paz” avtobusunun içində keçirmiş, jurnalistikaya ağlı, savadı ilə deyil də məhz hosteldən yol tapmış bu əxlaqı deqradasiyaya uğramış canlıdan bundan artığını da gözləmək əbəsdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

 

“Övlad var valideyinlərinə rəhmət oxudar, övlad da var lənət. Sevinc və sevinckimilər hər vərclə ikincisinə çalışır. Bu insana bənzər canlının məntiqi ilə Azərbaycan milli maraqlarından, dövlət maraqlarından imtina etməlidir. 10 noyabr bəyanatında Ermənistan üzərində əldə etdiyimiz şanlı zəfər sayəsində imzalanmış və Ermənistanın üzərinə götürdüyü Zəngəzur dəhlizi mövzusunda heç bir tələblə çıxış etməməli, tarixi torpaqlarımızı və oradan deportasiya edilmiş soydaşlarımızın təsis etdikləri Qərbi Azərbaycan icmasına ögey münasibət sərgiləməlidir. Nə var-nə var bu əxlaqı deqradasiyaya uğramış sevinc kimilərinə xoş getmir… Bu nə məntiq, bu nə yanaşma?!  Belə həyasızlığı utanmadan ifadə etmək üçün mütləq ki, abırsız və simasız olasan. Əksi, sadəcə, mümkün deyil. Bu yaramaz mövqe sahibi danışdıqlarına rəng qatmaq və danışdığı yalana cəmiyyəti inandırmaq üçün bir qədər də irəli gedərək Azərbaycanın siyasi partiyalarını da hədəf seçməyə, aşağılamağa və şərləməyə çalışır. Necə deyərlər “sən palçığı at, yapışmasa da ləkəsi qalacaq” prinsipi ilə əxlaqsız yola çıxmış bu “şəxsiyyət” ölkəsini, vətənini və dövlətini sevən siyasi qüvvələri hədəf seçir. Ağlına yox, məhz ağzına gələni danışır. Bütün bunlar heç şübhəsiz ki, ağzı boş qalmaqdan qaynaqlanır. Belələrinin efirini izləmək, efirində yer almaq, hesab edirəm ki, xəyanətdir. Xəmri xəyanətlə yoğrulmuş beləsinə nəyisə izah etmək də əbəsdir. Çünki onun düşüncələri hələ də hostel tipli “paz” avtobusunda qalıb… Onun üçün bu yaşam tərzi “şərəfdir”… Yola davam!”, - A.Şakiroğlu qeyd edib.

Tarix: 12 Yanvar 2023, 15:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin