BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qoşunlara Putin özü komandanlıq etməli olacaq”

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı qüvvələrin yeni komandanı təyin edilməsi də ruslar üçün uğursuz olarsa, Vladimir Putin qoşunlarına özü komandanlıq etməli olacaq.

 

Pravda.az xəbər verir ki, bunu Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko deyib.

 

“Soledar mühüm şəhərdir, lakin böyük deyil. Ukraynalılar onun uğrunda mübarizəni davam etdirir, ruslar isə Soledarda və qonşu Baxmutda yüzlərlə itki verirlər. Soledardan çox şey qalmayıb, amma ruslar Putinə bir növ qələbə nümayiş etdirməlidirlər. Biz bunun necə getdiyini görəcəyik, amma bilirəm ki, onlar öz rəhbərlərinə əldə etdikləri bir şeyi verməyə çalışırlar", - deyə səfir bildirib.

 

Xəyal Quliyev

Tarix: 12 Yanvar 2023, 16:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin