BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Məmmədov: “Medianın İnkişafı Agentliyi iki il ərzində müəyyən addımlar atıb, proseslərin tənzimlənməsinə çalışıb”

“Medianın İnkişafı Agentliyi iki il ərzində müəyyən addımlar atıb, proseslərin tənzimlənməsinə çalışıb. “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunla bağlı parlament tərəfindən də müəyyən addımlar atılıb, “Media haqqında” qanun artıq qüvvəyə minib. Bu gün də bu istiqamətdə işlər davam etdirilir, təşəbbüslər, cəhdlər görünür. Düşünürəm, MEDİA-nın qarşısında hələ çox mühüm vəzifələr durur”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Medianın İnkişafı Agentliyinin yaranmasının iki illiyi barədə danışarkən deyib.

 

Deputat bildirib ki, Medianın İnkişafı Agentliyinin qarışısında duran əsas vəzifələrdən biri medianın tənzimlənməsi ilə bağlı addımların atılmasıdır: “Medianın peşəkarlıq səviyyəsi maksimum dərəcədə artırılmalıdır. Jurnalistlərimizin maddi durumlarının yaxşılaşdırılması, medianın müəyyən reklam əldə edərək öz fəaliyyətini daha da təkmilləşdirməsi istiqamətində yeni təşəbbüslər göstərilməsi, addımların atılması önəmlidir. Xüsusilə mediada xoşagəlməz halların, təhqirin, söyüşün aradan qalxması istiqamətində də çox ciddi adımlar atılmalıdır. Bununla bağlı müvafiq hüquqi tənzimləmələr həyata keçirilməlidir”.

 

Aytəkin Qardaşova

Tarix: 12 Yanvar 2023, 17:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin