BURADA REKLAMINIZ OLA
BİLƏR

Fəzail Ağamalı: “Növbəti döyüş erməni vandallarının sonu olacaq”

Bu gün 2016 - ci il Aprel döyüşlərindən 4 il keçir. Xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifələrindən olan Aprel döyüşləri Ermənistana və onun himayədarlarına sarsıdıcı zərbə endirdi. 4 günlük uğurlu hərbi əməliyyat düşmən ölkənin siyasi və hərbi elitasını, Ermənistan cəmiyyətini vahiməyə saldı, Azərbaycanın Silahlı Qüvvələrinin gücünü və döyüş hazırlığını, vətənpərvərliyini və qəhrəmanlığını nümayiş etdirdi. Düşmən xeyli sayda canlı qüvvə və hərbi texnika itirdi. Ermənistanın aldığı ağır zərbə düşmən ölkədə siyasi böhranı daha da dərinləşdirdi və xunta rejiminə son qoyulma prosesini sürətləndirdi. Torpaqlarımızın işğaldan azad olunması uğrunda 4 günlük hərbi əməliyyatda igid əsgər və zabitlərimiz qəhrəmancasına şəhid oldu. Xalqımız böyük coşqu ilə onları son mənzilə yola saldı. Aprel döyüşləri xalqımızın torpaqlarımızla bağlı sarsılmaz iradəsini və barışmaz mövqeyini ortaya qoydu. ALİ BAŞ KOMANDAN - SİLAHLI QÜVVƏLƏR - XALQ FENOMENİNİ təsbit etdi. Xalqımıza qələbə sevincini bəxş edən Aprel döyüşləri başlanğıcdır, sonuna isə çox az zaman qalıb. Növbəti döyüş erməni vandallarının sonu olacaq, buna varlığım qədər inanıram. Uca Tanrıdan bütün Şəhidlərimizə rəhmət diləyirəm, ruhları şad olsun! AMİN!

 

Fəzail Ağamalı

 

Ana Vətən Partiyasının sədri,

 

Milli Məclisin deputatı

Tarix: 2 Aprel 2020, 17:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin