BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi arvadını yeni iş yerindən maaş almadığına görə döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qabil Eyvazovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, hadisə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, 1982-ci il təvəllüdlü Qabil Eyvazov arvadı Gülay Eyvazova ilə qadının yeni düzəldiyi iş yerindən maaşını alıb-almaması məsələsinin müzakirə edib. Dərzi olan qadın isə hələ maaşının verilmədiyini söyləyib.

 

Daha sonra onların arasında mübahisə yaranıb. Bu zamanı təqsirləndirilən şəxs yumruq və şillə zərbələri ilə zərərçəkmişin sifət nahiyəsinə zərbələr vurub.

 

Hadisədən sonra Gülay evdən çıxıb Qobu Polis Bölməsinə gedərək Qabil barədə şikayət edib.

 

Polis əməkdaşları tərəfindən saxlanılan Qabil Eyvazov barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 13 Yanvar 2023, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin