BURADA REKLAMINIZ OLA
BİLƏR

Anasının tanışını öldürən gənc hökmdən narazıdır

Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rafael Quliyev barəsindəki hökmdən apellyasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə,Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

 

Artıq şikayət hakim Rəşadət Ağayevin sədrliyi ilə araşdırılır.

 

Növbəti proses fevralın 2-nə təyin edilib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Ötən il iyulun 27-si saat 22 radələrində Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Nurəddin Quliyevin Sumqayıt Dəmiryol Vağzalının qarşısında öldürülməsi barədə şəhər Prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 2002-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Rafael Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nurəddin Quliyevə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

 

Rafael Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

 

Məhkəmədə Rafael Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

 

O ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi anasıyla olan münasibəti ilə bağlı tanıyıb:

 

“2018-ci ildə anamın Nurəddinlə münasibətdə olduğunu öyrəndim. Mənim də onunla görüşməyimdə məqsəd anamla münasibətə son qoymağı tələb etməyim idi. Hadisə günü evə getdiyim zaman anamı pis halda gördüm. O, mənə hadisənin necə olduğunu danışdı. Bundan sonra o Nurəddin ilə görüşmək üçün vaxt təyin etdim. Onunla görüşən zaman üzərimdə bıçaq vardı. Həmin bıçağı Nurəddinin məndən güclü olduğu üçün ehtiyyat məqsədilə götürmüşdüm. Mərhum avtomobili ilə məni “Qayalı” marketin qarşısından götürdü. Nurəddinlə görüşdükdə ona bizi bir daha narahat etməməsini dedim. Biz birlikdə Sumqayıt Dəmiryol Vağzalının qarşısına gəldikdik. Sonra avtomobildən düşdük. Mən Nurəddinin avtomobilindən düşərkən onun xəbəri olmadan maşında olan mavi rəngli beşbarmağı götürərək arxa sağ cibimə qoydum. O, məni təhqir etdi və bibər qazından istifadə etdi. Mən də beş barmaqla özümü müdafiə etdim. Nurəddin taqətdən düşdü. Bundan sonra ona bıçaq zərbəsi endirdim. Lakin neçə bıçaq zərbəsi endirdiyimi xatırlamıram. İstintaq zamanı ifadə verərkən həyəcanlı idim”.

 

Kamal Məmmədov

Tarix: 13 Yanvar 2023, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin