BURADA REKLAMINIZ OLA
BİLƏR

Neftçalada kişinin su gölməçəsinə yıxılıb boğularaq ölməsi hadisəsinin bəzi təfərrüatı məlum olub

Neftçalada kişinin su gölməçəsinə yıxılıb boğularaq ölməsi hadisəsinin bəzi təfərrüatı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə yanvarın 12-si saat 22 radələrində rayonun Həsənabad qəsəbəsində yerləşən marketin arxa tərəfindəki su gölməçəsində qeyd alınıb.

 

Belə ki, rayon sakini, 1973-cü il təvəllüdlü Qasımov Müseyib Rasim oğlunun su gölməçəsinə yıxılıb boğularaq ölüb.

 

Meytin xarici müayinəsi zamanı onun burun nahiyəsində kiçik ölçülü sıyrıq xəsarəti aşkarlanıb. Meyitin bədən səthində başqa hər hansı bir xəsarət aşkar olunmayıb.

 

İlkin araşdırma zamanı müəyyən olunub ki, M.Qasımov ailəsindən ayrılıb və son zamanlar mütəmadi olaraq spirtli içki qəbul edib.

 

Hadisə sonra meyiti onu qardaşı Qasımov Elnur Rasim oğlu aşkar edərək bu barədə təcili tibbi yardıma məlumat verib.

 

Bundan başqa, M.Qasımovun qaraciyər serrozu xəstəsi olduğu müəyyən edilib.

 

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.

 

Kamal Məmmədov

Tarix: 13 Yanvar 2023, 09:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin