BURADA REKLAMINIZ OLA
BİLƏR

Qardaşını odlu silahla öldürərək ağır cəza alan məhkumla bağlı QƏRAR

Ali Məhkəmədə qardaşını qətlə yetirməkdə təqsirləndirilən Mustafa Aləşrəfovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi Mustafa Aləşrəfovun apellyasiya şikayətini təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

Qeyd: Hadisə 2021-ci il iyunun 17-də Ağdaş rayonunun Abad kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, 1959-cu il təvəllüdlü M.Aləşrəfovla qardaşı, 1968-ci il təvəllüdlü Qələndar Aləşrəfov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə o, Q.Aləşrəfovu odlu silahdan atəş açaraq qətlə yetirib.

 

Daha sonra M.Aləşrəfov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.2.6-cı (Qəsdən adam öldürmə, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) və bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 13 Yanvar 2023, 09:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin