BURADA REKLAMINIZ OLA
BİLƏR

Cənubi Koreya 6 aya nüvə silahı yarada bilər

Cənubi Koreya texniki cəhətdən nüvə başlığına malik orta mənzilli ballistik raketləri altı ay ərzində istifadəyə verməyə qadirdir.

 

Pravda.az xəbər verir ki, bunu Seul Universitetinin nüvə mühəndisliyi fakültəsinin professoru So Gyun El deyib.

 

“Cənubi Koreya iqtisadi, diplomatik, sistematik və digər məhdudiyyətlərdən, o cümlədən Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən azad olmaqla, yalnız texnoloji aspekt nəzərə alınarsa, müstəqil olaraq 1500 kilometrə qədər mənzilli ballistik raketləri altı ayda yarada bilər. Əgər nüvə sahəsində yüksək texnologiyaya malik işçilər gündə üç növbə ilə səkkiz saat işləsələr, iki-üç ay ərzində 25 kiloqram uran və altı kiloqram plutonium istehsal oluna bilər. Şimali Koreyada olmayan süni intellekt texnologiyaları ilə altı ay ərzində bütün buraxılış sınaqlarını və yoxlamalarını tamamlayıb raketləri istifadəyə vermək mümkündür”, - deyə professor bildirib.

 

Xəyal Quliyev

Tarix: 13 Yanvar 2023, 12:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin