BURADA REKLAMINIZ OLA
BİLƏR

Zeynəb Xanlarovaya qarşı kampaniyanı kim aparıb? – Ad açıqlandı

“Zeynəb Xanloravaya haqqında kampaniyanı uzun illər aparan Ramiz Mehdiyev və onun dəstəsi olub. Ona görə ki, Zeynəb heç vaxt onlara tabe olmurdu, Prezidentdən başqa heç kimi saymırdı”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov qeyd edib ki, onlar da ona görə Zeynəb haqqında az qala ölkəni dağıdan adam imici yaradırdılar: “Birincisi, o vəzifədə olmayıb. İkincisi, deputat kimi qazanıbmı nəsə? Yəni deputatlıq ona lazım idimi? Onun ən böyük səhvi deputat olmaq idi. Budəfəki seçkilərdə də ona namizədliyini irəli sürmək təklif ediləndə biz bu barədə danışdıq. Ona dedim ki, mən bunun qəti əleyhinəyəm. Və namizədliyini vermədi. Ona görə ki, Zeynəb Xanlarovaya Milli Məclis lazım deyil. Xətrini istədiyim bir dostum kimi yox, bir insan kimi deməliyəm ki, SSRİ dönəmində Azərbaycanı dünyada tanıdan məhz o olub. Hələ o vaxt ən varlı adamlardan biri olub. Yəni ərəb şeyxlərinin, İran şahlarının hamısı Zeynəbi qarşılayıb, ona milyonluq hədiyyələr bağışlayıblar. Dünya şöhrətli olduğu heç kimə sirr deyil. Amma baxın. İndi ölkəni dağıdan məmurlar, oliqarx biznesmenlər, – hansı ki, kimlərinsə qoltuğu altında milyardlar qazanırlar, – qalıb bir kənarda, bütün ictimaiyyət fokuslanıb Zeynəb Xanlarovaya… Bu, nə qədər ədalətlidir?”Konkret.az

Tarix: 2 Aprel 2020, 17:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin