BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhərə çıxan avtomobillər 100 manat cərimələnir? - AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) xüsusi karantin rejimi dövründə nəqliyyat vasitələrinə təhlükəsizlik kameraları vasitəsi ilə cərimə tədbiq edilməsinə dair yayılan məlumatlara münasibət bildirib.

 

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, sosial şəbəkələrdə guya şəhərdə hərəkətdə olan avtonəqliyyat vasitələrinə kameralar vasitəsi ilə cərimə tətbiq edilməsi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir: "Xüsusi karantin rejimi dövründə hərəkətdə olan nəqliyyat vasitləri Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılır. Araşdırma aparılır, əgər həmin avtomobili idarə edən şəxs zərurət yaranmadan yola çıxıbsa onlar 100 manat dəyərində cərimə edilirlər”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə hərəkətdə olan avtonəqliyyat vasitələrinə kameralar vasitəsilə cərimə tətbiq edilməsi dair məlumatlar yayılıb.APA

Tarix: 2 Aprel 2020, 18:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin