BURADA REKLAMINIZ OLA
BİLƏR

Xocavənddə partlayış: Ölən var

Xocavənd rayonu ərazisində sursat partlayıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Pravda.az-a verilən xəbərə görə, hadisə Ağburun adlanan ərazidə qeydə alınıb.

 

Ərazidə heyvan otaran çoban, 1971-ci il təvəllüdlü Elşən Hümbətov ərazidən tapdığı partlayıcı sursatla ehtiyatsız davrandığından partlayış baş verib. Nəticədə çoban hadisə yerində ölüb.

 

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gedərək baxış keçiriblər. Hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra E.Hümbətovun meyiti ərazidən götürülərək morqa təhvil verilib.

Tarix: 13 Yanvar 2023, 17:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin