BURADA REKLAMINIZ OLA
BİLƏR

Aysel Soltanov müşavir təyin edildi

Aysel Soltanova “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin yeni müşaviri vəzifəsinə təyin olunub.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bununla bağlı müvafiq əmr imzalayıb.

 

Qeyd edək ki, A.Soltanova Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası üzrə bakalavr, Mərkəzi Avropa Universitetində Dövlət siyasəti sahəsində magistr təhsili alıb. O, 2006-2014-cü illərdə BP və P&G kimi tanınmış beynəlxalq şirkətlərdə çalışıb. 2014-2020-ci illərdə "Azərkosmos" ASC-də müxtəlif vəzifələri icra edib, o cümlədən Marketinq Departamentinə rəhbərlik edib. 2021-ci ildən isə "Aztelekom" MMC-də baş direktorun birinci müavini vəzifəsində çalışırdı.

Tarix: 13 Yanvar 2023, 19:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin