BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun “tənəffüs yollarının mədə möhtəviyyatı ilə tutulması nəticəsində mexaniki asfiksiya səbəbindən” vəfat etməsi barədə məlumatı təsdiq edirik. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

 

Allah rəhmət eləsin!

Tarix: 13 Yanvar 2023, 19:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin