BURADA REKLAMINIZ OLA
BİLƏR

Üç ay əvvəl avtomobilin vurduğu qadın öldü

Tərtərdə 3 ay əvvəl avtomobilin vurduğu qadın ölüb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, 18.11.2022-ci il tarixdə, saat 19 radələrində Tərtər rayon sakini, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu idarə etdiyi “Ford Transit” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən həmkəndlisi, 1990-cı il təvəllüdlü Kərimova Aynur Murad qızını vurub.

 

Nəticədə qadın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb mərkəzinə yerləşdirilib. Yanvarın 13-də Aynur Kərimova müalicə olunduğu tibb mərkəzində ölüb.

 

Fakta görə Tərtər RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 14 Yanvar 2023, 10:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin