BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusun daha bir simptomu aşkarlandı

Pandemiya elan olunan koronavirusun yeni simptomu müəyyən edilib.

 

Pravda.az xəbər verir ki, Böyük Britaniyanın Qulaq, Burun, Boğaz Tibb Birliyi (ENT UK) bununla bağlı açıqlama verib.

 

Bildirilir ki, qoxu bilmə hissinin itməsi koronavirusun simptomlarından biridir.

 

Dadbilmənin yoxa çıxması da bununla əlaqəli yaranır.

 

Almaniyada virusa yoluxan hər üç nəfərdən ikisinin qoxubilmə hissini itirdiyi bildirilir.

 

Cənubi Koreyada da virusa yoluxan xəstələrinin 30 faizinin müvəqqəti olaraq qoxu hissini itirdiyi qeyd edilir.

 

Virusun sürətlə yayılmasının əsas səbəbi bəzi xəstələrdə yalnız bu simptomun olduğu və onların koronavirus şübhəsi yaratmamalarıdır.

Tarix: 2 Aprel 2020, 19:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin