BURADA REKLAMINIZ OLA
BİLƏR

BQXK-yə məxsus avtomobillər Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət etdi

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

 

Pravda.az xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

 

Belə ki, 4 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib. Beynəlxalq təşkilata məxsus avtomobillərin içərisində dərman preparatları olub. Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə BQXK-yə məxsus ümumilikdə 9 avtomobil maneəsiz hərəkət edib.

 

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Tarix: 14 Yanvar 2023, 17:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin