BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda minik avtomobili aşıb, 4 nəfər xəsarət alıb

Salyanın Aşağı Kürkənd kəndində “Hyundai” markalı avtomobil anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb.

 

Qəza nəticəsində Salyan şəhər sakinləri - 2005-ci il təvəllüdlü Kərəmov Qədim Faiq oğlu, 2007-ci il təvəllüdlü Məlikzadə Hüseyn İbad oğlu və qardaşı, 2003-cü il təvəllüdlü Məlikov Əliağa İbad oğlu və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Report

Tarix: 14 Yanvar 2023, 20:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin