BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvan şəhərində kommunistlər üçün inşa edilən abidə söküldü

Naxçıvan şəhəri “Böyük bağ” ərazisində kommunistlər üçün inşa edilən abidə sökülüb.

 

Naxçıvanda sovet hakimiyyətinin möhkəmləndirilməsi uğrunda həlak olmuş 17 kommunist və qızıl sərhədçinin xatirəsi üçün inşa edilən bu abidənin üst fasadı dünən axşam saatlarında sökülüb.

 

Tikili tam söküldükdən sonra burada başqa abidənin ucaldılacağı gözlənilir. Məlumata görə, bu, 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr olunan abidə də ola bilər.

 

APA

Tarix: 15 Yanvar 2023, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin