BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobil piyadanı vuraraq öldürdü

Göyçay rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə 14.01.2023-cü il tarixdə, saat 21 radələrində Göyçay-Bərgüşad yolunun Kürdəmiş kəndində qeydə alınıb.

 

Belə ki, rayonun Qızılağac kənd sakini, 1989-cu il təvəllüdlü Osmanov Emil Abdulbağı oğlu idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Zülfüqarov Eldar Haşim oğlunu vurub. Nəticədə Eldar Zülfüqarov almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

 

Fаktа görə Göyçаy RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci mаddəsi ilə cinаyət işi bаşlаnаrаq istintаqı аpаrılır.

Tarix: 15 Yanvar 2023, 11:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin