BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 11 avtomobili maneəsiz keçib

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

 

Toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

 

Belə ki, həmin minik maşınları Xankəndidən Laçın istiqamətinə keçid edib.

 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

 

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus ümumilikdə 11 avtomobil maneəsiz hərəkət edib.

 

Report

Tarix: 15 Yanvar 2023, 11:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin