BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda yol polisi piyadanı vurdu

Xudat-Xaçmaz şossesində yol patrul xidmətinin əməkdaşı qəza törədib.

 

Pravda.az APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, orta yaşlı kişi yolu keçərkən onu Xaçmaz Şəhər Dövlət Yol Polis şöbəsinin əməkdaşının idarə etdiyi 99-YP-191 dövlət nişanlı “BMW” markalı avtomobil vurub.

 

Yol Patrul Xidmətinin əməkdaşları ağır xəsarət alan piyadanı Bakıdakı Akdemik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıb.

 

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Tarix: 16 Yanvar 2023, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin