BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah hava necə olacaq?

Sabah, yanvarın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

 

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Tarix: 18 Yanvar 2023, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin