BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəlbəcər və Laçında hərbi hissələrin döyüş hazırlığı yoxlanıldı - VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən bir neçə hərbi hissələrdə olub, bölmələrin döyüş hazırlığını yoxlayıb.

 

MN-dən verilən məlumata görə, Baş Qərargah rəisi əməliyyat şəraiti və döyüş növbətçiliyinin təşkili ilə bağlı məruzələri dinləyib, ehtimal olunan təxribatların qarşısının vaxtında və qətiyyətlə alınması üçün müvafiq tapşırıqlar verib.

 

General-polkovnik Kərim Vəliyev döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə təlim və məşqlərin intensivliyinin artırılması və bölmələrin idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi barədə göstərişlər verib.

 

Tarix: 19 Yanvar 2023, 18:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin