BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda əməliyyat keçirildi, saxlanılanlar var

Bakı sakinlərində narkotik vasitə aşkarlanıb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Yasamal və Binəqədi rayon ərazilərində qeydə alınıb.

 

Belə k, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1958-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ə.Heydərovdan 7,699 qram heroin və 17,453 qram metamfetamin aşkar olunaraq götürülüb.

 

Bundan başqa, Binəqədi RPİ-nin 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü İ.Nuriyevdən 0,038 qram heroin aşkar olunaraq götürülüb. Hər iki faktla bağlı araşdırmalar aparılır.Report

Tarix: 4 Aprel 2020, 11:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin