BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin neftdən danışdı

Rusiya OPEC+ çərçivəsində, xüsusən də konkret olaraq ABŞ ilə razılaşmalara hazırdır. Neft hasilatının azaldılması tərəfdaşlıqla aparılmalıdır.

Pravda.az-ın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

"Biz tərəfdaşlarımızla OPEC+ formatı çərçivəsində razılaşmalara, həmçinin bu məsələdə Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etməyə hazırıq. Hesab edirəm ki, bu əlaqələndirilmiş səylər, əlaqələndirilmiş istehsal nəticəsində bazarı tarazlaşdırmaq və azaltmaq üçün səyləri birləşdirmək lazımdır", deyə Rusiya prezidenti qlobal bazarlardakı vəziyyətlə bağlı iclasda çıxışı zamanı bildirib.

O vurğulayıb ki, ilkin hesablamalara əsasən, burada söhbət həcmlərin, təxminən gündəlik 10 mln. barelə qədər azaldılmasından gedir: “Bunun üçün də biz bu gün toplaşmışıq ki, bu məsələni müzakirə edək”.

O qeyd edib ki, hər şey tərəfdaşlıqla baş verməlidir: “İnanıram ki, tərəfdaşlıq əlaqələrindən danışarkən, o zaman hamı, o cümlədən tərəfdaşlarımız da başa düşürlər ki, böhrandan əvvəl hökm sürən istehsal səviyyəsinin azalması barədə danışa bilərik, yəni bu ilin birinci rübündəki istehsal səviyyəsindən danışırıq”, deyə o bildirib. Report

Tarix: 4 Aprel 2020, 11:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin