BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəxtiyar Hacıyev rəsmi müraciət etdi

İctima fəal Bəxtiyar Hacıyev müayinədən keçmək üçün rəsmi müraciət edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Vəkillər Kollegiyasının üzvü, vəkil Rövşanə Rəhimli məlumat verib.

 

O, bu gün Bəxtiyar Hacıyevlə görüşdüyünü bildirib: "Aclığı davam etdirir. Dünən axşam səhhəti qəfil pisləşib. Baş gicəllənməsindən sonra nəfəs darlığı olub və kəskin əzələ ağrıları hiss edib. Həkimin dediyinə görə, Bəxtiyarın səhhətindəki problem beyinlə əlaqəlidir və çox güman ki, beyində proseslər gedir. Bəxtiyar Hacıyev bu gün KT, MRT və EKQ müayinəsindən keçmək üçün rəsmi müraciət edib".

 

Qeyd: Ötən ilin dekabrında Bəxtiyar Hacıyev xuliqanlıq və  məhkəməyə hörmətsizlikdə ittiham olunaraq barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.

Tarix: 25 Yanvar 2023, 20:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin