BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sən bizim işimizə qarışma” deyən dostuna 2 bıçaq vurdu - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Emin Vəliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 30 iyul 2022-ci il tarixdə, saat 12:00 radələrində paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus 160 ünvanında qeydə alınıb.

 

Belə ki, 1981-ci il təvəllüdlü Emin Vəliyev onun evində qalan Elvin Cəbrayılovu (soyadı şərti) bıçaqlayıb.

 

Hadisədən əvvəl onun evində qonaq qismində qalan Elvinlə tanışının qeyri-rəsmi münasibətdə olduğu qadın - Mələk Həsənova (ad, soyadı şərti) arasında söz-söhbət olub. Hər iki şəxs mübahisə edib. Bu zaman Emin onları ayırmağa çalışıb. Elvin isə Eminə “sən bizim işimizə qarışma, biz özümüz həll edəcəyik” deyib. Daha sonra Emin tanışını evinin həyətindən çölə çıxardıb. Bu zaman Elvin ev sahibini yumruqla vurub və onlar arasında əlbəyaxa dava yaranıb. Emin də götürdüyü bıçaqla ona 2 zərbə endirib.

 

Hadisədən sonra Emin Vəliyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix: 26 Yanvar 2023, 08:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin