BURADA REKLAMINIZ OLA
BİLƏR

Ukrayna Qərblə qırıcılar üçün danışıqlara başlayır

Ukrayna rəsmiləri müasir Qərb qırıcılarının Kiyevə təhvil verilməsi ilə bağlı müzakirələrə başlayıblar.

 

Pravda.az xəbər veri ki, bu barədə “Politiko” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

 

“Növbəti addım qırıcılar olacaq”, - mənbə bildirib.

 

Bildirilib ki, bu məsələdə ən böyük dəstəyi NATO-nun Baltikyanı ölkələrindən olan üzvləri verir: 

 

“Hazırda böyük Avropa ölkələri qırıcıların təhvil verilməsinin Ukraynada münaqişənin növbəti raunduna səbəb olacağından ehtiyatlanır və buna görə də bu ideyanı dəstəkləmir. Bu gün Ukraynaya döyüş təyyarələrinin tədarükü tamamilə ağlasığmazdır, lakin bu ideyanın aktiv müzakirəsi iki-üç həftəyə başlaya bilər”.

 

Xəyal Quliyev

Tarix: 26 Yanvar 2023, 11:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin