BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşusunu öldürənlə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Adəm Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Quliyev 9 il azadlıqdan məhrum edilib.

 

İttihama görə, bu il aprelin 2-də, saat 11 radələrində Sabunçu rayonu, Maştağa qəsəbə sakini, 1975-ci il təvəllüdlü Natiq Nəcəfovun xəsarət alması və almış olduğu xəsarətdən saat 15 radələrində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, onunla eyni qəsəbədə yaşayan 1984-cü il təvəllüdlü Adəm Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Natiq Nəcəfova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Adəm Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Tarix: 26 Yanvar 2023, 12:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin