BURADA REKLAMINIZ OLA
BİLƏR

Çexiya bankı Rusiya və Belarusa ödənişləri dayandırır

Çexiyanın “Raiffeisen International” bankı fevralın 15-dən etibarən Rusiya və Belarusa ödənişlərin həyata keçirilməsini dayandıracaq.

 

Pravda.az xəbər verir ki, bu barədə bankın yaydığı açıqlamada qeyd olunub.

 

Açıqlamada bildirilib ki, indiyə qədər bank Rusiya və Belarusa ödənişləri həyata keçirsə də, onları diqqətlə izləyirdi:

 

“Lakin Ukraynada vəziyyətin gərginləşməsi və sanksiyaların daha da sərtləşdirilməsindən sonra bank onların həyata keçirilməsini dayandırmaq qərarına gəlib”, - məlumatda qeyd olunub.

 

Bankdan bildirilib ki, iki ölkədən daxil olan ödənişləri isə mövcud sanksiya qaydalarına və bankın sanksiya siyasətinə zidd olmadıqda qəbul edəcək.

 

Xəyal Quliyev

Tarix: 26 Yanvar 2023, 12:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin