BURADA REKLAMINIZ OLA
BİLƏR

Yas mərasimində dava olub, bir nəfər bıçaqlanıb

Şəmkir rayonunda yas mərasimində bıçaqlanma hadisəsi baş verib.

 

Hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.

 

Kənd sakini, 1978-ci il təvəllüdlü Alıyev İdris İbrahim oğlu yas mərasimində mübahisə zəminində üz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin isə 1990-cı il təvəllüdlü Ruslan Rəşid oğlu Bağırov olduğu müəyyənləşib. Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

 

Faktla bağlı araşdırma aparılır./Report

Tarix: 26 Yanvar 2023, 13:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin