BURADA REKLAMINIZ OLA
BİLƏR

Qərbin silah verməsi müharibədə iştirakıdır - Kreml

Qərb ölkələrinin Ukraynaya silah tədarükü onların münaqişədə birbaşa iştirakından xəbər verir və bu, getdikcə artır.

 

Pravda.az-ın xəbərinə görə, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

 

“Avropa paytaxtlarından, Vaşinqtondan davamlı olaraq belə bəyanatlar eşidilir ki, Ukraynaya müxtəlif silah sistemlərinin, o cümlədən tankların göndərilməsi heç bir halda bu ölkələrin və ya alyansın hərbi əməliyyatlarda iştirakı demək deyil. Biz bununla qətiyyən razılaşmırıq. Alyansın etdiyi hər şey münaqişədə birbaşa iştirak kimi qəbul edilir”, - deyə Peskov bildirib.

 

Xəyal Quliyev

Tarix: 26 Yanvar 2023, 13:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin