BURADA REKLAMINIZ OLA
BİLƏR

İtaliya İsrail PUA-larını Ukraynaya göndərir

İtaliya Ukraynaya növbəti hərbi yardım paketinin bir hissəsi olaraq, İsrail istehsalı olan pilotsuz təyyarələr və 20 sursatla birlikdə bir “Samp/T” hava hücumundan müdafiə sistemi göndərəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.

 

“Hökumət təxminən iyirmi raket, ağır artilleriya qurğusu, nəqliyyat vasitələri və generator dəstləri ilə təchiz edilmiş 1 ədəd “Samp/T” yer-hava raket sistemini göndərməyə qərar verib”, - məlumatda qeyd edilib.

 

Bildirilib ki, İtaliya İsrail layihəsi ilə yığılmış PUA-ları da Ukraynaya göndərməyə hazırlaşır. Bu PUA-ların İran dronlarına qarşı istifadə ediləcəyi bildirilib.

Tarix: 26 Yanvar 2023, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin