BURADA REKLAMINIZ OLA
BİLƏR

Goranboyda 47 yaşlı qadın qətlə yetirildi

Yanvarın 26-sı saat 14 radələrində Goranboy rayonunun Baxçakürd kəndi ərazisində 1976-cı il təvəllüdlü Sevinc Məmmədovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Pravda.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Atəş Ələkbərov saxlanılıb.

 

Qeyd edilib ki, hadisə şəxsi münasibətlər zəminində baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 26 Yanvar 2023, 15:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin