BURADA REKLAMINIZ OLA
BİLƏR

Gözətçi qadını öldürən keçmiş polislə bağlı qərar qismən ləğv edildi

Ali Məhkəmədə Sabirabad rayonunda qətl törətməkdə təqsirləndirilən Əliağa Sultanovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Hökm və ya qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il müddətinə azadlıqdan mərhum edilib. Hökmdə qeyd edilib ki, Ə.Sultanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: Ötən il iyulun 22-də Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin tanışı Əliağa Sultanov iyulun 21-i saat 21 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı küt əşya ilə Mübarək Ağayevanın baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetrirərək sonuncunu qəsdən öldürüb.

 

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Əliağa Sultanov həbs edilib.

 

Xatırlatma: 1995-ci il təvəllüdlü Ə.Sultanov Sabirabad Mühafizə Şöbəsinin polis nəfəri olub.

 

Kamal Məmmədov

Tarix: 27 Yanvar 2023, 09:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin