BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi "Vasmoy bazarı"nda arvadını qısqanclığa görə bıçaqlayıbmış

Bakıda "Vasmoy bazarı"nda arvaını bıçaqlayan kişi ilə bağlı cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə yanvarın 26-da qeydə alınıb.

 

Belə ki, 8-ci km bazarında Şükürov Pənah Nazim oğlu qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadı, 1991-ci il təvəllüdlü A.Şükürovanı bıçaqla xəsarətlər yetirib. Qadın aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

 

Fakt üzrə Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqı davam etdirilir.

 

Kamal Məmmədov

Tarix: 27 Yanvar 2023, 09:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin