BURADA REKLAMINIZ OLA
BİLƏR

"Adam nə qədər vəzifədə işləyər? Dincəlmək lazımdır" - Abel Məhərrəmov

"Mən hələ də Bakı Dövlət Universitetində işləyirəm".

 

Pravda.az bildirir ki, bunu "Unikal"a açıqlamasında BDU-nun sabiq rektoru Abel Məhərrəmov deyib.

 

"Hazırda BDU-da kafedra müdiri vəzifəsini tuturam. Kafedrada 40-dan çox əməkdaş var. Yazırıq, pozuruq. Bir sözlə, məşğuliyyətimiz var. Heç bir narahatlığım yoxdur. Hər şey qaydasındadır.

 

Mən 20 il Bakı Dövlət Universtetinin rektoru, 10 il dekanı olmuşam. Adam nə qədər vəzifədə işləyər? Bir az da dincəlmək lazımdır", - deyə o bildirib.

 

Qeyd edək ki, 73 yaşlı Abel Məhərrəmov 1999-2018-ci illərdə BDU-nun rektoru, 2005-2015 ci illərdə isə Milli Məclisin deputatı olub.

Tarix: 27 Yanvar 2023, 10:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin