BURADA REKLAMINIZ OLA
BİLƏR

Saakaşviliyə qoyulan diaqnoz təsdiqlənmədi

Levan Samxarauli adına Milli Ekspertiza Bürosu “Empathy” Tibb Mərkəzinin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliə qoyduğu diaqnozu təsdiqləməyib.

 

Pravda.az xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.

 

“Əminliklə deyə bilərik ki, Milli Ekspertiza Bürosunun rəyinə əsasən, əvvəllər qoyulmuş psixiatrik, nevroloji və qastroenteroloji diaqnozlar etibarlı və təkzibedilməzdir”, - deyə nazir bildirib.

 

Nazirin sözlərinə görə, nəticə məhkəməyə təqdim ediləcək.

 

Xəyal Quliyev

Tarix: 27 Yanvar 2023, 11:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin