BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavanşir Paşazadə səfirliyə hücumla bağlı açıqlama: “İranın özünün də işğaldan azad edilən torpaqlarda gözü olub”

“İrandakı səfirliyimizə edilən silahlı hücum, təbii ki, çox böyük məsələdir. İranın bizə qarşı qeyri-adekvat fikirlər söyləməsi, münasibəti, təxribatlar yaratması hamıya bəllidir. Ona görə də səfirliyimizin müdafiəsi daha möhkəm, ayıq-sayıq təşkil edilməli idi. Artıq Xarici İşlər Nazirliyimiz bəyanat verib. Bəyanatda bəzi məsələlərə diqqət çəkilib. Hesab edirəm, dövlət başçımız cənab İlham Əliyev bu məsələyə diqqət yetirəcək, gün ərzində İran dövlətində törədilən bu vəhşiliyə, heç bir qanuna, dövlətçiliyə uyğun gəlməyən məsələyə cavabını verəcək”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 

Deputat bildirib ki, cənab Prezident nəyi necə etmək lazım olduğunu yaxşı bilir: “Bəzi dərin məsələlər bizlik deyil. Cənab Prezident nəyi nə zaman deməyi çox gözəl bilir. Əsas odur, bu məsələ həllini tapsın, bir də təkrarlanmasın. SEPAH Xudafərin körpüsünün yanında yürüş təşkil etdi. Bu, İranın Azərbaycanın 44 günlük müharibədə öz torpaqlarını işğaldan azad etməsini gözü götürməzliyidir. Görünür ki, erməni ilə yanaşı, elə İranın özünün də o torpaqlarda gözü olub. Cənab Prezident hər şeyi çox gözəl bilir. Bunun cavabını necə və hansı formada vermək dövlət başçımızın öz sərəncamında olan məsələdir”.

 

Aytəkin Qardaşova

Tarix: 27 Yanvar 2023, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin