BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah hava necə olacaq?

Sabah, yanvarın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə və axşam bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var.

 

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Tarix: 27 Yanvar 2023, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin