BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev növbəti dəfə onlayn rejimdə vətəndaşların qəbulunu həyata keçirdi - VİDEO

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev növbəti dəfə onlayn rejimdə vətəndaşların qəbulunu həyata keçirib.

 

Pravda.az-ın xəbərinə görə, qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, müraciətlərin həll olunması istiqamətində zəruri işlər görülüb.

Habelə, qəbul zamanı vətəndaşlara cənab Prezidentin tapşırığı ilə koronovirus (Covid19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlər, hazırlanan sosial-iqtisadi paket barədə məlumat verilib, cənab Prezidentin göstərişlərinə və Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıqlarına ciddi şəkildə riayət etmək tövsiyə edilib.

Qeyd olunub ki, bu gün 40 ailəyə maddi, mənəvi və psixoloji yardım göstərilib.

 

Adil Əliyev vətəndaşların onlayn qəbulunu keçirdi from Pravda on Vimeo.

Fotoları təqdim edirik
Tarix: 4 Aprel 2020, 15:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin