BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahibə Qafarova: "Xain hücumun obyektiv araşdırılmasını tələb edirik"

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib.

 

Pravda.az xəbər verir ki, paylaşımda deyilir:

 

“Yanvarın 27-də səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınayırıq. Bu xain hücumun tezliklə və obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirik. Hücumun qarşısını alarkən şəhid olan Səfirliyimizin əməkdaşına Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!”

Tarix: 27 Yanvar 2023, 14:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin