BURADA REKLAMINIZ OLA
BİLƏR

“İranın təbliğatı ən çox sosial şəbəkələrdə aparılır, bunu edənlər ifşa olunmalıdır” - Hacıbəy Heydərli

“Tehranda Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktına görə birbaşa İran dövləti məsuliyyət daşıyır və bu xain hücum son zamanlar İranda Azərbaycan əleyhinə aparılan kampaniyanın məntiqi davamıdır”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azxeber.com saytının redaktoru Hacıbəy Heydərli deyib.

 

O bildirib ki, Tehranda bu gün baş tutan terror aktı molla rejiminin əsl simasını bir daha nümayiş etdirdi: “Bütün dünya molla rejiminin mahiyyətini bir daha gördü. Səfirlik əməkdaşlarımızın öldürülməsinə yönələn bu terror aktına "şəxsi zəmində hadisə" demək terrora dəstək verməkdir. İran azərbaycanlıları, fars rejiminin mahiyyətini, Azərbaycan dövlətinə münasibətini bir daha gördü, onlar bu terroru lənətləməli və bunu edənlərin, sifarişçilərin ən ağır şəkildə cəzalanmasını tələb etməlidir”.

 

Hacıbəy Heydərli eyni zamanda vurğulayıb ki, Azərbaycan daxilində İranla əməkdaşlıq edən media qurumları və sosial şəbəkə hesabları mövcuddur: “Birmənalı şəkildə deyə bilərəm ki, bu dəhşətli hadisədən sonra İranla əməkdaşlıq edən media qurumları qapadılmalıdır. Sosial şəbəkələr monitorinq olunmalıdır, İrana simpatiya bəsləyənlər, onun terruna don geyindirməyə çalışanlar ifşa olunmalıdır və onların barəsində tədbir görülməlidir”.

 

O bildirib ki, bu məsələdə sosial şəbəkələrdə ciddi iş aparılmalıdır: “Müşahidələrim onu göstərir ki, İrana simpatiya göstərənlər, molla rejimini dəstəkləyənlər sosial şəbəkələrdə fəallıq nümayiş etdirirlər. Onların ifşa olunmasının zamanı gəlib, xüsusən "facebook", "tiktok", "youtube", instagram" və "telegram"da İran təbliğatı aparan hesablar, kanallar var. Saxta dindarlar müxtəlif sosial şəbəkələrdə canlı yayımlar açırlar, din adı altında çirkin niyyətlərini nümayiş etdirirlər. Onlar "feyk xəbərlər" yayır, dezinformasiyalar paylaşır və Azərbaycan dövlətinə qarşı təbliğat aparırlar. Bu şəxslər ən qısa zamanda tapılmalı və ifşa olunmalıdırlar. İran Azərbaycana qarşı hibrit müharibəsi aparır və informasiya cəbhəsində də şər, böhtanla məşğuldur”.

Tarix: 27 Yanvar 2023, 14:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin