BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Hacılı: İran rejimi bilməlidir ki, bu terror hücumuna reaksiya birmənalı və amansız olacaq

“İranda səfirliyimizə olan terror hücumu Azərbaycan dövlətinə  qarşı hücumdur. Baş verən dəhşətli hadisə bu ölkədə uzun illər aparılan antiazərbaycan təbliğatının Azərbaycana qarşı böhtan, qarayaxma siyasətinin nəticəsidir”.

 

Pravda.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

 

“İran rejimi də bilməlidir ki, 50 milyonluq Azərbaycan xalqının bu terror hücumuna reaksiyası birmənalı və amansız olacaq. Terror hücumu nəticəsində həlak olan soydaşımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm” – A.Hacılı qeyd edib.

 

Kənan

Tarix: 27 Yanvar 2023, 15:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin