BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan XİN İsraildə sinaqoqa 8 nəfərin ölümü ilə nəticələnən silahlı hücumu pislədi

Azərbaycan Xarici İşlər Nazirliyi İsraildə sinaqoqa silahlı hücumu pisləyib

 

Bu barədə XİN-in “Twitter“ səhifəsində paylaşım edilib.

 

“Yerusəlimin Neve Yaakov məhəlləsindəki sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, - deyə bildirilib.

 

Qeyd edək ki, İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 8 nəfər ölüb, 10 nəfər yaralanıb. İsrail polisi hadisəni terror aktı adlandırıb.

Tarix: 27 Yanvar 2023, 23:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin