Ötən gün Tehranda Azərbaycan Səfirliyinə silahlı hücum edən terrorçunun İran xüsusi xidmət orqanları tərəfindən hazırlanması barədə sensassion faktlar ortaya çıxıb.
Pravda.az-ın məlumatına görə, Güney Azərbaycan Milli Hərakatının fəalı, hazırda Kanadada yaşayan hüquqşünas Haqan Türkelli sözügedən terror aktının şəxsən Tehranın polis rəisi, SEPAH zabiti Əhməd-Rza Radanın əmri ilə törədildiyini bildirib.
Daha sonra Haqan Türkelli deyib:
"Tam etibarlı mənbədən aldığım məlumata görə, ötən gün səhər Tehranda Azərbaycan Səfirliyinin mühafizəsinə təhkim olunmuş bütün polis əməkdaşlarına "müdaxilə etmə" tapşırığı verilib. Özü də bu əmr Tehranın polis rəisi Əhməd-Rza Radadan gəlib. Dünən Azərbaycan Səfirliyinin qapısında dayanan polislər hadisə baş verən ərəfədə təqribən 30 dəqiqə geri çağırılıb, onlara "bu, SEPAH-ın təlimatıdır" deyilib.