BURADA REKLAMINIZ OLA
BİLƏR

İranda hərbi obyektə dron hücumu olub, ölkənin şəhərləri hava hücumuna məruz qalıb

Şənbə günü axşam saatlarında İsfahan şəhərinin mərkəzində İranın Müdafiə Nazirliyinə aid hərbi obyektə dron hücumu edilib.

 

Bu barədə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

 

Bəyanatda hadisə “uğursuz hücum” kimi qeyd edilib.

 

Nazirlik hücumun məsuliyyətini heç bir konkret ölkə və ya qrupa aid etməyib.

 

“Yanvarın 28-i axşam saat 23:30 radələrində Müdafiə Nazirliyinin emalatxana komplekslərindən birinə dronlardan istifadə etməklə uğursuz hücum həyata keçirilib. Bir dron hava hücumundan müdafiə vasitələri ilə vurulub, digər ikisi isə müdafiə sistemləri vasitəsilə partladılıb”, - bəyanatda deyilir.

 

“Xoşbəxtlikdən, bu uğursuz hücum heç bir insan itkisinə səbəb olmayıb və emalatxananın damına cüzi ziyan vurub” deyə nazirlik əlavə edib.

 

Daha əvvəl İsfahan qubernatorunun müavini şəhərdə güclü partlayış səsi eşidilməsi xəbərindən sonra Müdafiə Nazirliyinə bağlı obyektdə partlayış baş verdiyini təsdiqləyib.

 

Bundan başqa, sosial şəbəkələrdə Təbriz, Rəşt, Həmədan və digər şəhərlərdə hava hücumlarının əks olunduğu videolar paylaşılıb.

 

APA

Tarix: 29 Yanvar 2023, 09:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin