BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanın yeni polis rəisi: Tayboks üzrə dünya çempionudur, məşhur nəsildəndir

Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.

 

Bu vəzifəyə polkovnik Qazıbəyov Eldar Nadir oğlu gətirilib.

 

O, bundan qabaq Nəsimi rayon Polis İdarəsinin rəis müavini olub.

 

Qeyd edək ki, Eldar Qazıbəyov vaxtilə Sabunçu və Suraxanı rayonlarının polis rəisi vəzifələrində çalışmış mərhum polis polkovniki Etibar Qazıbəyovun qardaşı oğludur.

 

“Qafqazinfo yeni rəislə bağlı maraqlı məlumatlar əldə edib. Eldar Qazıbəyovun uzun illər peşəkar idmanla məşğul olduğu bildirilir. O, idmanın tayboks və muay-tay növləri üzrə dünya çempionudur.

Tarix: 29 Yanvar 2023, 09:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin