BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəkidə davanı sakitləşdirən polis xəsarət aldı

Şəkidə iki nəfər arasındakı davanı aralamağa çalışan polis əməkdaşı xəsarət alıb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə yanvarın 28-da axşam saatlarında Şəki şəhərində baş verib.

 

İki dost restoranda yeyib-içdikdən sonra aralarında münaqişə yaranıb və sərxoş vəziyyətdə restorandan çıxaraq küçədə dava etməyə başlayıblar.

 

Bu zaman yaxınlıqda olan polis əməkdaşı Elvin Əlimərdanov yaxınlaşaraq onları sakitləşdirməyə çalışıb. Dava edənlərdən birinin əlində olan bıçaq E.Əlimərdanova yüngül xəsarət yetirib. Buna baxmayaraq, polis əməkdaşı hər iki şəxsi saxlayaraq şöbəyə aparıb.

 

Araşdırma aparılır.

 

Kamal Məmmədov

Tarix: 29 Yanvar 2023, 12:54   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin